PSJ-nin futbolçusu Di Mariya Argentina yığmasındakı komanda yoldaşı Lionel Messi barədə danışıb. 
Offsideplus.az xəbər verir ki, Di Mariya Messinin oyunundan zövq aldığını bildirib. O, PSJ-də Neymarla mütəmadi olaraq Messi barədə danışdıqlarını da vurğulayıb: 
"Messi ilə birgə oynamaq xoşuma gəlir. Onu məşqdə izləmək də xoşdur. Leo inanılmaz işlər görür. Onun oyunundan zövq alıram. 
PSJ-də Neymarla daim Messi barədə danışırıq. Neymar mənə deyib ki, "Whatsapp”da Suares və Messi ilə birgə çat yaradıblar və tez-tez söhbətləşirlər. Biz həmişə onun haqda danışırıq”.