PSJ Fransa kubokunun finalında “Renn”lə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi bu qarşılaşmada yarımmüdafiəçisi Marko Verrattinin köməyindən istifadə edə bilməyəcək. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Verratti, PSJ-nin Liqa 1-in 33-cü turunda “Monako”nu məğlub etdiyi matçda (3:1) zədələnib.

PSJ – “Renn” matçı aprelin 27-də, saat 23:00-da start götürəcək.