PSJ-nin ulduzu Edinson Kavani karyerasını İspaniyada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, uruqvaylı forvard "Atletiko"nun maraq dairəsinə düşüb. İddialara görə, "Barselona" matçında hakimi söydüyü üçün 8 oyunluq cəza alan və gözlənilən performansı sərgiləməyən Dieqo Kosta baş məşqçi Dieqo Simeonenin gözündən düşüb. Argentinalı mütəxəssis onun mövqeyinə Kavaninin transferini istəyir.
Artıq tərəflər arasında danışıqlar prosesinə start verilib. Neymar və Kilian Mbappenin gəlşindən sonra kölgədə qalan Kavani özü də PSJ-dən ayrılmaq istəyir. PSJ isə "Maliyyə Fair Playı" qaydalarına görə bəzi ulduzlarını satmaq məcburiyyətindədi ki, bunlardan da biri uruqvaylı forvarddı.
Qeyd edək ki, Kavani 2013-cü ildə "Napoli"dən PSJ-yə 6,5 milyon avroya transfer olunub. 32 yaşlı forvard ari mövsümdə meydana çıxdığı 27 rəsmi oyunda 22 qol vurub və 8 məhsuldar ötürmə edib.