Atletikanı futbola dəyişən Useyn Bolt Avropada oynamaq şansını geri çevirib.

Offsideplus.az xəbər verir ki, Useyn Bolt Malta çempionu Valletta-dan gələn təklifi rədd etdi.

Dünya rekordçusu Manchester United və Borussia Dortmund-la məşqlərə çıxmış və Avstraliya təmsilçisi Central Coast Mariners ilə müqavilə bağlamışdı. Futbol karyerasında ilk qollarını isə 12 oktyabr tarixində vuran yamaykalı oyunçu Avropa klublarından təkliflər almağa başlayıb. Bu təkliflərdən biri də Malta klubu Valletta-dan gəlmişdi. Yalnız Bolt bu təklifi qəbul etmədi.

Oyunçunun meneceri Riki Simms bu məsələ ilə bağlı "Useynə dünyanın bir çox nöqtəsindən komanda maraq duyur. Bunu deyə bilərəm ki, o karyerasına Maltada davam etmək istəmir." deyə açıqlama verib.