Latviya Çempionatında maraqlı hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, “Dauqavpils” "Valmiera" ilə görüşə 8 oyunçu ilə yollanıb. Buna səbəb  “Dauqavpils”dəki futbolçuların əksəriyyətində COVİD-19 testinin pozitiv çıxmasıdır. Yeniyətmə futbolçuların qarşılaşmada iştirakına qadağa qoyulduğu üçün qonaqlar meydana 4-3-0 taktiki sxemi ilə çıxıb.

Rəqibinə müqavimət göstərən "Dauqavpils" 70-ci dəqiqəyədək qapısından 3 top buraxıb. Amma yenə də matçı başa çatdırmaq mümkün olmayıb. Çünki 2 futbolçusu zədələnən Dauqavpils şəhərinin eyniadlı təmsilçisi meydanda 6 nəfərlə qalıb. Nəticədə hakim görüşü vaxtından əvvəl bitirib.