Ukrayna Premyer Liqasının 10-cu turunda noyabrın 21-də keçirilməli olan “Olimpik” – “Zarya” matçı təxirə salınıb.

Offsideplus.az Ukrayna Premyer Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Olimpik”də koronavirusa kütləvi yoluxma halının aşkarlanması oyunun ləğv olunmasına səbəb olub. Belə ki, meydan sahiblərinin heyətində bu oyunda iştirak edə biləcək sağlam qapıçı qalmayıb.

Donetsk təmsilçisində U-19 və U-21 komandalarının görüşləri də baş tutmayacaq.