Şotlandiya klubu "Reyncers"in futbolçuları Cordan ConsCorc Edmundson 7 oyunluq cəzalanıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb hər iki oyunçunun karantin qaydalarını pozmalarıdır. Belə ki, noyabrın əvvəlində Cons və Edmundson karantinə alınsalar da, yaşadıqları evi tərk edərək qonaqlığa gedib.

"Reyncers" məlum hadisədən sonra hər iki futbolçunu əsas komandadan kənarlaşdırıb və onları yenidən 2 həftəlik karantinə göndərib.