Kamerunlu sabiq futbolçu Samuel EtoO karyerasını bərpa etməyi düşünür.

Offsideplus.az xəbər Marca-ya istinadən verir ki, EtoO İspaniyanın "Mursiya" komandasında yaşıl meydanlara geri dönə bilər. Klubun prezidenti Morris Panyello veteran hücumçu ilə müqavilə bağlamaq şansları 50/50-yə olduğunu qeyd edib:

 "Bunu gələn həftə daha dəqiq bilmək olacaq. EtoO klubumuzun üzvü olsa, daim oynayacaq. Baş məşqçinin tapşırığı odur ki, onu komandaya cəlb edək. Meksikadan və Birləşmiş Ərəb Əmirliklərindən bizə dəstək verə biləcək investorlar var".

Qeyd edək ki, karyerasını 2019-cu ildə son verən Samuel EtoO "Real Madrid", "Barselona", "İnter", "Sampdoriya", "Çelsi", "Everton", "Antalyaspor" kimi klublarda çıxış edib.