Çempionşip təmsilçisi "Derbi Kaunti"də çıxış edən Ueyn Runi karyerasını baş məşqçi olaraq davam etdirə bilər.

Offsideplus.az DailyMail-ə istinadən xəbər verir ki, "Kaunti" klubunun baş məşçqisi Filip Koku vəzifəsindən getməyə çox yaxındır. Bu gün "Nottinqhem Forest"ə qarşı baş tutacaq matçdakı nəticə pis olduğu halda isə Koku istefaya göndəriləcək.

Filip Kokunun yerini alacaq ən uyğun şəxs isə Ueyn Runidir.

Qeyd edək ki, 34 yaşlı futbolçu 2019-cu ildən "Kaunti" klubunda köməkçi məşqçi kimi fəaliyyət göstərir.