"Mənim üçün əsas olan "Bavariya"nın "Liverpul"la oynaması deyil, "Bavariya"nın "Boka Cuniyors"la oynamasıdır.

Offsideplus.az SkySports-a istinadən xəbər verir ki, FİFA-nın prezidenti Canni İnfantino Avropa Premyer Liqası turnirinin yaradılması ilə maraqlanmadığını bildirib. UEFA bildirilən təklifə qəti şəkildə qarşı olsa da, FİFA-nın bu fikri dəstəklədiyi deyilir. Lakin 50 yaşlı prezident İnfantino qəti şəkildə nə dəstəyini, nə də qarşı olduğunu bildirməkdən imtina edib.

"FİFA-nın prezidenti olaraq, Klublararası Dünya Kuboku ilə maraqlanıram, Avropa Premyer Liqası ilə yox. Mənə "Bavariya"nın "Liverpul"la deyil, "Bavariya"nın "Boka Cuniyors"la oynaması maraqlıdır. Mən Avropadan kənar klubların çıxış etməsini istəyirəm. Mənim baxış tərzim belədir: 50 klub və 50 milli komanda oynasın, sonda görək ki, kim çempion olacaq".