Amerika Birinci Liqa (USL) təmsilçisi "Foneks Rizinq"in baş məşqçisi Rik Şantz II turunda "Los Anceles Qalaksi-2" üzərində 4:0 hesablı qələbəni şərh edərkən Rüfət Dadaşov barədə xoş sözlər işlədib.

Offsideplus.az xəbər verir ki, Amerikalı mütəxəssis axtardıqlarını millimizin hücumçusunda tapdıqlarını deyib:

"Hazırda müdafiəyə kömək edən hücumçu azdır. Biz axtardığımızı Rüfətlə tapdıq. Rəqibin iki mərkəz müdafiəçisini özünə cəlb edən forvardınız varsa, bunun sizə çox köməyi dəyər. Rüfət Dadaşov hücumda oyunumuzu asanlaşdırır. Rüfət hava mübarizəsində rəqiblərdən üstün olur. Bir az da sürəti olsaydı, Almaniyanın ən yüksək səviyyəli futbolçularından olardı. Zəkası və oyunu oxumaq qabiliyyəti çox əladır".

Qeyd edək ki, USL çempionatının B qrupunda yer alan "Foniks Rizinq" keçirdiyi 2 matçda maksimum xal toplayıb. Dadaşov 3 qolla bombardirlər yarışına başçılıq edən 3 futbolçudan biridir.