Qətərin “Əl-Sədd” klubunun baş məşqçisi Xavi Ernandes komandada fəaliyyətini davam etdirəcək.

Offsideplus.az xəbər verir ki,o, klubu ilə müqaviləni uzadıb. Xavinin yeni sözləşməsi 2020-2021 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, mətbuatda “Barselona”nın əfsanəvi futbolçusunun yeni mövsümdən sabiq komandasını çalışdırması ilə bağlı razılıq verdiyi, onun Kike Setyeni əvəzləyəcəyi bildirilirdi.