Xorvatiya Futbol Federasiyası da koronavirus pandemiyası ilə mübarizə üçün maddi yardım üçün vəsait toplayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Pandemiyaya qarşı ümumilikdə 550 min avro toplanılıb.

Qeyd edək ki, vəsaitin bir hissəsi bir neçə gün öncə ölkədə baş verən zəlzələdə zərərçəkənlərə paylanılacaq.