Futbol üzrə Cənubi Amerika super kubokunun cavab görüşü baş tutub.

Offsideplus.az xəbər verir ki, ilk matçda səfərdə Ekvadorun “İndepentiente del Valye” klubu ilə 2:2 hesablı heç-heçə edən “Flamenqo”, doğma meydanda rəqibini böyük hesabla məğlub edib.

Braziliya təmsilçisi üç cavabsız qolla qalib gələrək, super kubokun qalibi olub.