İranın qadın futzalçılardan ibarət yığma komandasının sabiq üzvü Elham Şeyxi koronavirusdan dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı futzalçı 10 gün əvvəl Qum şəhərində xəstəxanaya yerləşdirilib və ötən gün vəfat edib.

Bu, İranda koronavirusdan ölən 26-cı insandır. 245 nəfər isə bu virusa yoluxub.