Futbol dünyasının hazırki liderləri eyni komandaya doğru...

 "Barselona"nın kapitanı Lionel Messi"Yuventus"un portuqaliyalı hücumçusu Kristiano Ronaldo eyni klubda çıxış edə bilərlər. Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, "İnter Mayami" klubunun prezidenti, əfsanəvi futbolçu Devid Bekhem hər iki ulduzun transfer edilə biləcəyi ilə bağlı fikirlər səsləndirib. Bu fikirlər qısa zamanda bütün dünya mediasının əsas xəbərlərindən birinə çevrilib. Belə ki, Behkem onların transferi üçün böyük bir imkana sahib olduqlarını bildirib.

Ronaldo və Messinin yaxın zamanlarda ABŞ-a köçəcəkləri ilə bağlı da məlumatlar yayılıb.

Qeyd edək ki, bu bazar "Los Anceles Qalaksi" ilə oyuna çıxacaq Mayami klubu MLS-də debüt edəcək.