Amit Quluzadə karyerasını ölkə xaricində davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Moldova klubunda baxışdadır.

27 yaşlı futbolçu "Kodru Lozova"nın heyətində məşq edir. Məşqçilər heyəti tərəfindən bəyəniləcəyi təqdirdə azərbaycanlı futbolçu ilə müqavilə imzalanacaq.

Qeyd edək ki, Amit Quluzadə son olaraq Bosniya və Hersoqovinanın "Çelik" klubunda çıxış edib.