“Feniks Rizinq” “Visit Tucson Sun Cup” turnirində növbəti matçını keçirib.

Offsideplus.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi komanda “Real Salt Lake” ilə üz-üzə gəlib. Matç millimizin üzvünün klubunun qələbəsi ilə başa çatıb - 3:2.
Rüfət start heyətdə meydana çıxıb və sonadək əvəzlənməyib.

Bu nəticə ilə xallarının sayını 6-ya çatdıran “Feniks Rizinq” ikinci yeri tutub.