"Zirə" klubu təlim-məşq toplanışı çərçivəsində növbəti yoxmala oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Zaur Həşimovun yetirmələri "Keşlə"nin əvəzedici komandası ilə qarşılaşıb. Görüş "Zirə"nin böyük hesablı qələbəsi ilə başa çatıb- 6:1. Premyer Liqa təmsilçisinə qələbə qazandıran qolları Ağabala Ramazanov, Davit Volkov, Əli Şirinov, Adrian Skarlatake və dubla imza atan Xulio Sezar Rodriqes vurub.

26 yanvar

"Zirə" - "Keşlə 2" - 6:1