Braziliyalı cüdoçu Rafaela Silva iki il müddətinə yarışlardan uzaqlaşdırılıb.

Offsideplus.az xəbər verir ki, bu qərarı Beynəlxalq Cüdo Federasiyası qəbul edib.

28 yaşlı idmançıdan 2019-cu ildə Perunun paytaxtı Limada keçirilmiş Panamerikan Oyunları zamanı dopinq testi götürülüb və onun qanında fenoterol maddəsi aşkarlanıb.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olan Rafaela Silva İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək niyyətindədir.