Türkiyədə davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb.

Offsideplus.az xəbər verir ki, “qırmızı-qaralar” Antalya toplanışındakı sonuncu yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubu ilə üz-üzə gəlib.

Görüş “Arkadia” meydançalarında baş tutub. Elmar Baxşıyevin yetirmələrinin qonşu ölkədəki 4-cü matçı Bakı vaxtı ilə saat 18:30-da başlayıb.

"Qəbələ"nin bu rəqiblə oyunu məhsuldar alınıb. Azərbaycan klubu iki dəfə hesabda önə keçməsinə baxmayaraq, sonda bu görüşdən heç-heçə ilə ayrılıb.

Xatırladaq ki, bunadək üç yoxlama oyunu keçirən “Qəbələ” Macarıstanın MTK (0:3), Rusiyanın “Çayka” (3:0) və Bolqarıstanın “Etar” (0:0) klubları ilə üz-üzə gəlmişdi.

Yoxlama oyunu
25 yanvar

“Qəbələ” – “Konkordiya” (Rumıniya) 2:2
Qol: Asif Məmmədov, 21. Amin Seydiyev, 52.
“Arkadia” meydançaları.