Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün sonuncu yoxlama oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz “Şaxtyor” klubu ilə qarşılaşıb.

Qazaxıstan təmsilçisi ilə oyuna saat 18:00-da start verilib. Altı qolun qeydə alındığı matç sumqayıtlıların qələbəsiylə yekunlaşıb - 4:2.