İtaliyanın Vigevano şəhərində eşitməqüsurlu idmançılardan ibarət komandalar arasında təşkil edilən Çempionlar Liqası turniri sona çatıb.

Offsideplus.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən eşitməqüsurlu əlillərdən ibarət "Ulduz" futzal komandası son oyununu keçirib.

17-ci yer uğrunda Macarıstananın “Budapeşt” komandası ilə qarşılaşan “Ulduz” 4:6 hesabı ilə məğlub olub.

Təmsilçimiz 24 komandanın mübarizə apardığı turniri 18-ci pillədə başa vurub.