Türkiyədə təlim-məşq toplanışında olan "Səbail"in sonuncu yoxlama oyununun saatı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, "Korona"ya (Polşa) qarşı matç sabah Bakı vaxtı ilə 16:00-da başlayacaq.

Qeyd edək ki, “Səbail” bundan əvvəl Qazaxıstan “Jetısu”na 0:1, Ukrayna “Olimpik”inə isə 1:3 hesabı ilə uduzub, Rumıniya "Voluntari"si ilə bərabərə qalıb - 2:2.