Türkiyənin Antalya vilayətində hazırlıqları davam etdirən "Qarabağ" bu gün növbəti yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Qazaxıstanın "Jetısu" klubu ilə qarşılaşıb. Görüş "Qarabağ"ın qələbəsi ilə başa çatıb - 1:0.

Qeyd edək ki, Qurban Qurbanovun komandası ilk oyunda "Akedemika Klinçeni" (Rumıniyan) ilə heç-heçə edib - 2:2.