Türkiyədə hazırlıqları davam etdirən “Qəbələ” bu gün daha bir yoxlama oyununda qüvvəsini sınayıb.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gəlib. Görüş qolsuz başa çatıb.

Qeyd edək ki, “Qəbələ” bundan əvvəlki yoxlama oyununda MTK-ya 0:3 hesabı ilə uduzub, “Çayka”ya (Rusiya) eyni hesabla qalib gəlib. Təmsilçimiz ayın 25-də Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşacaq.