Türkiyədə hazırlıqları davam etdirən “Qəbələ” sabah növbəti yoxlama oyununu keçirəcək.

Offsideplus.az xəbər verir ki, yanvarın 12-dən Antalyada hazırlıq keçən “qırmızı-qaralar” 3-cü sınağına çıxacaq.

Elmar Baxşıyevin yetirmələri Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gələcək. “Karvansaray” otelinin meydançasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, yanvarın 14-də keçirilən ilk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan “qırmızı-qaralar” dörd gün sonra Rusiya təmsilçisi “Çayka”nı üç cavabsız qolla məğlub edib. Komanda ayın 25-də keçiriləcək son görüşdə Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşacaq.