Türkiyədə hazırlıqları davam etdirən “Sumqayıt” bu növbəti yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Ayxan Abbasovun komandası Polşa təmsilçisi “Arka” ilə qarşılaşıb. Bələk bölgəsində yerləşən “Topkapı” otelinin stadionunda keçirilən görüş "Sumqayıt"ın qələbəsi ilə başa çatıb - 1:0.

Qeyd edək ki, “Sumqayıt” Antalya toplanışındakı yoxlama oyunlarında Macarıstanın “Kaposvar” klubuna 3:4 hesabıyla uduzub, Rumıniyanın “Politexnika” (İaşi) komandası ilə heç-heçəyə razılaşıb (1:1).