Yoxlama görüşündə "Keşlə" 4:1 hesabı ilə  "Çikau"ya uduzub.

Offsideplus.az xəbər verir ki, Almaniya təmsilçisinin üzvü Roni Köniq görüş barədə fikirlərini bölüşüb.

36 yaşlı futbolçu "Keşlə" ilə oyunda mütləq qələbə qazanmalı olduqlarını bildirib:

"III Bundesliqanın növbəti turunda qarşılaşacağımız "Maqdeburq"la oyuna yüksək əhval-ruhiyyədə getmək lazım gəlirdi. Bu səbəbdən Azərbaycan klubu ilə matçda qələbə və nəticə vacib idi. Qol buraxmadan qalib gəlmək istəyirdik. Təəssüf ki, alınmadı. Bununla belə, 4 qol vurduq. Bir hücumçu kimi bizi hər zaman fərqlənmək qane edir. Ümumiyyətlə, bu matçda komanda olaraq yaxşı çıxış etdik".