Türkiyədə təlim-məşq toplanışınıdavam etdirən “Səbail" bu gün ikinci yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Aftandil Hacıyevin komandası Ukraynanın “Olimpik” klubu ilə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub. "Səbail"in yeganə qolunu 60-cı dəqiqədə Maykl Essyen vurub.

Qeyd edək ki, “Səbail” Antalyadakı ilk sınağında Qazaxıstanın “Jetısu” klubuna 0:1 hesabı ilə uduzub. Paytaxt təmsilçisi yanvarın 21-də “Voluntari” (Rumıniya), 25-də isə “Korona” (Polşa) klubları də qarşılaşacaq.