Türkiyənin Antalya bölgəsində hazırlıqları davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, yanvarın 14-də keçirilən ilk sınaq matçında Macarıstanın MTK klubu ilə üz-üzə gələn “qırmızı-qaralar” (0:3) bu dəfə Rusiya təmsilçisi “Çayka” ilə qarşılaşıb. Matç "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Qəbələ” Antalyada daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 22-də Bolqarıstanın “Etar”, 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.