Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Rumıniyanın yüksək liqasında mübarizə aparan "Akademiya Klinçeni" klubu ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb. "Qarabağ"dan qolları Abdullah Zubir və Cavid Bayramov vurub. "Akademiya Klinçeni" isə 23 və 87-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, Qurban Qurbanovun kollektivi təlim-məşq toplanışı çərçivəsində daha 3 oyun keçirəcək. Komanda yanvarın 22-sində Qazaxıstanın "Jetisu", 25-ində isə Çexiyanın "Siqma" və Polşanın "Visla Plok" komandaları ilə üz-üzə gələcək.