Yığmamızın futbolçusu Rüfət Dadaşovun ABŞ-ın “Feniks Rizinq” klubundakı gəliri bəlli olub.

Offsideplus.az xəbər verir ki, ikinci liqa təmsilçisi hücumçuya illik 150 min dollar maaş ödəyəcək. Dadaşov yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Rüfət Dadaşov ötən həftə Almaniyanın 3-cü liqa təmsilçisi “Proyssen”dən ABŞ klubuna keçib.