"Neftçi"nin sabiq futbolçusu Mateo Mujek karyerasını Yunanıstan klubunda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı xorvatiyalı müdafiəçi Yunanıstanın "AE Larissa" klubu ilə 2.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Mateo Mujek 2017-ci ilin yayında "Neftçi" ilə 2 illik müqavilə imzalayıb. Lakin paytaxt təmsilçisi 2018-ci ilin fevralında müdafiəçi ilə sözləşməni qarşılıqlı razılaşma əsasında ləğv edib.