Kiprin futbol çempionatının oyunu yarışın hakimlərindən birinin həyatına sui-qəsd cəhdinə görə qeyri-müəyyən müddətə təxirə salınıb.

Offsideplus.az Kiprin Futbol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, matçın 33 yaşlı hakimi Andreas Konstantinin avtomobili minalanıb. Hüquq-mühafizə orqanlarının xəbərlərində bildirilir ki, sui-qəsd cəhdi hakimin evinin yaxınlığındakı dayanacaqda olub. Partlayışdan sonra avtomobilə ciddi zərər dəyib. Hakim özü zərər çəkməyib.