"Qarabağ" klubu Türkiyənin Antalya vilayətində təlim-məşq toplanışını davam etdirir.

Offsideplus.az  xəbər verir ki, komanda toplanışın altıncı gününü tək məşqlə başa vurub. Dünən yerli vaxtla saat 17:30-da start götürən məşqdə futbolçular isinmə hərəkətlərinin ardından fiziki tapşırıqları yerinə yetirib. Daha sonra toplu məşqlər edən futbolçular taktiki çalışmalarla məşqi yekunlaşdırıb.

Qeyd edək ki, komanda bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Yerli vaxtla saat 17:00-da (Bakı vaxtıyla 18:00) start götürəcək matçda "Qarabağ" Rumıniyanın "Akademika Klinçeni" klubu ilə qarşılaşacaq.