Türkiyənin Antalya vilayətində təlim-məşq toplanışında olan "Sabah” hazırlıqlarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, paytatx təmsilçisi bu gün səhər saatlarında növbəti məşqə çıxıb. Əvvəlcə fitnes zalında müxtəlif fiziki təmrinləri yerinə yetirən futbolçular, daha sonra hazırlığı yaşıl meydanda davam etdiriblər. Məşq zamanı əsasən topla çalışmalara üstünlük verilib.

Düşərgəyə dünən qoşulan Marko Deviç də "Sabah”da ilk məşqinə çıxıb.