U-21 üzrə millimizin futbolçusu Fərid Nəbiyevin "Viktoriya Jijkov"a keçidi rəsmiləşib.

Offsideplus.az xəbər verir ki, "Qəbələ"nin yetirməsi Çexiyanın 2-ci Liqa təmsiçisi ilə 2,5 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

20 yaşlı hücumçu Çexiyanın digər klubu "Slaviya"dan Jijkov təmsilçisinə keçib.