ABŞ-ın II Liqa təmsilçisi "Feniks Rizinq"ə keçən Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov klubun rəsmi saytına açıqlama verib.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı hücumçu komandanın baş məşqçisi Rick Schantzla danışdıqdan sonra bu komandada oynamağa qərar verdiyini deyib: "Bu klubda oynamaq mənim üçün xəyal idi və bu reallaşır. 2014-cü ildə Azərbaycan millisi ilə ABŞ yığmasına qarşı oynadığım vaxtdan bəri ölkədə futbolu yaxından izlədim və çox böyük inkişaf gördüm. Burada çıxış etməyi çox istəyirdim. Komanda yoldaşlarımla, azarkeşlərlə görüşmək və komandanın oyun qazanmasına kömək etməyi səbrsizliklə gözləyirəm".

Qeyd edək ki, Rüfət Dadaşov "Feniks Rizinq"ə Almaniyanın "Pröyssen Munster" klubundan keçib.

Yeni klubu Rüfətin transferini bu video ilə açıqlayıb.