Millimizin futbolçusu Rüfət Dadaşov karyerasını Vyetnamda davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, Vyetnam mətbuatı yüksək liqa təmsilçisi "Nam Din" heyətinə yeni cəlb etdiyioyunçular sırasında "Proyssen"də çıxış edən Rüfət Dadaşovun da olduğunu yazıb. 

"Nam Din" Vyetnam çempionatında geridə qalan mövsümü 31 xalla 14 komanda arasında 11-ci sırada tamamlayıb.

Qeyd edək ki, Rüfət Dadaşovun "Proyssen" gələn ilin yayına qədər müqaviləsi var.