Sumqayıt şəhərində gimnastika üzrə yarış təşkil ediləcək.

Offsideplus.az xəbər verir ki, noyabrın 15-16-da dörd gimnastika növü – kişi və qadın idman gimnastikası, akrobatika və aerobika üzrə yarışlar baş tutacaq.

Kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi, akrobatika üzrə 26-cı ölkə və paytaxt çempionatı və aerobika üzrə 5-ci Azərbaycan çempionatı və Bakı birinciliyi Sumqayıt olimpiya idman kompleksində keçiriləcək.

İlkin qeydiyyat siyahısına əsasən yarışlarda Bakı klubları ilə yanaşı, Sumqayıt, Balakən və Şabran təmsilçiləri də qalib olmaq üçün mübarizə aparacaqlar.