Ermənistandan olan  tayboksçu Aşot Bolyan Rusiyanın paytaxtı Moskvada güllələnib.

Offsideplus.az xəbər verir ki, 40 yaşlı idmançının cəsədi noyabrın 13-də Naximov prospektindəki evinin yaxınlığında aşkar edilib. Yerli sakinlərdən biri maşını park edərkən, cəsədi görüb. 

Qeyd edək ki, Aşot Bolyan 3 qat dünya çempionu və Dünya Kubokunun qalibi, Ermənistan İdman Federasiyalarının Ümumdünya Assosiasiyasının prezidenti olub.