"Los-Anceles Qalaksi"nin forvardı Zlatan İbrahimoviç klubdan ayrıldığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, daim açıqlamaları ilə gündəm olan isveçli ulduz bu dəfə də ənənəsinə sadiq qalıb. MLS klubunun azarkeşləri ilə "İnstagram"da bu sözləri yazaraq vidalaşıb:

"Gəldim, gördüm, fəth etdim. Özümü canlı hiss etdiyim üçün "Qalaksi"yə təşəkkür edirəm. "Qalaksi" azarkeşləri üçün - siz Zlatanı istədiniz, sizə Zlatan verdim. Buyurun. Hekayə davam edir... İndi isə beysbol izləməyə qayıdın".

İbrahimoviçin ""Qalaksi" ilə müqaviləsi ilin sonuna qədərdir. 38 yaşlı futbolçu MLS-də cari mövsümdə 31 oyunda, 31 qol vurub, 8 qol ötürməsi edib. Futbolçu ilə "Milan" və "Mançester Yunayted" klublarının maraqlandığı bildirilir.