“Arsenal” klubunun futbolçuları Məsut Özil və Sead Kolaşinaça silahlı hücum edən şəxslərdən birinin cəzası müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Eşli Smit adlı şəxsə 10 illik həbs cəzası verilib.

30 yaşlı Eşli Smit sözügedən cinayəti dostu 26 yaşlı Cordan Northoverlə birgə törədib. Maskalı halda motosikletlə Özilin avtomobilini təqib edən həmin şəxslər silahla onlardan bahalı saatlarını və digər qiymətli əşyalarını istəyiblər. Hadisə zamanı Özilin həyat yoldaşı da avtomobildə olub. Amma xüsusilə Kolaşinaçın fəallığı sayəsində cinayətkarlar istəklərinə çatmadan hadisə yerindən qaçmışdılar.