“Arsenal”ın oyunçusu Məsut Özilə Londonda edilən bıçaqlı hücumun yeni görüntüləri yayılıb.

Offsideplus.az xəbər verir ki, videoda motosikletli 2 nəfərin Özilin avtomobilinə hücum çəkdiyi görülür. Futbolçunun dostu Sead Kolaşinasın müdaxiləsindən sonra bıçaqlı şəxslər hadisə yerindən qaçıblar. Hadisənin soyğun məqsədilə törədildiyi bildirilib. Şübhəlilər əslində Kolaşinasın saatını ələ keçirməyə çalışıb. Sosial şəbəkələrdə yayılan bu görüntülərdən sonra hər kəs Kolaşnisasın soyuqqanlığına diqqət çəkir.