ABŞ-ın MLS Liqasında mövsümün ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Ən yaxşı oyunçu adına “Los Anceles Qalaksi”dən Zlatan İbrahimoviç, “Atlanta Yunayted”dən Josef Martines və “Los Anceles”dən Karlos Vela namizəd göstərilib.

Qeyd edək ki, İbrahimoviç bu mövsüm 30, Vela 34, Martines isə 29 qol vurub.