Paytaxt küçələrində velosiped yollarının salınmasına başlanılıb.

Offsideplus.az xəbər verir ki, mərkəzdə nəzərdə tutulan velocığırların hazırlanması işinə Puşkin bağının önündən başlanılıb.

Bir istiqamətdə eni 1.50 sm – ikitərəfli istiqamətdə isə eni 3 metr olan veloyol dünya standartları səviyyəsində qurulur. Yolda gözdən əlillərin hərəkəti də nəzərə alınıb. Yəni, sarı rəngli keramika və qranitdən istifadə olunub.