Braziliya A Seriyasının 23-cü turunun "San-Paulo" - "Fortalesa" oyununda maraqlı hadisə baş verib. Offsideplus.az xəbər verir ki, matçın gedişində arılar futbolçulara hücum edib. Künc bayraqlarından birinin üstünə toplaşan həşəratlar bir neçə oyunçunu sancıb. Arıların qəzəbinə tuş gələnlərdən biri də meydan sahiblərinin müdafiəçisi Dani Alveş olub. Futbolçular görüşün baş hakiminə məlumat verdikdən sonra oyun müvəqqəti olaraq dayandırılıb.