İsveçin “Göteborg İFK” klubunda oynayan azərbaycanlı futbolçu Ayxan Cabbarov İngiltərənin məşhur “Tottenhem” klubunun maraq dairəsinə düşüb.

Offsideplus.az "Sportlife.az"a istinadən xəbər verir ki, İngiltərə klubunun skautları tərəfindən uzun müddət izlənilən 16 yaşlı futbolçu bu məqsədlə Londona yoxlanışa dəvət olunub.

Futbolçu 3 günlük seleksiya məşqlərində iştirak edib. Seçimlərə müxtəlif ölkələrdən dəvət alan futbolçular arasında Ayxan yeganə azərbaycanlı futbolçu olub.