Bu ilin mart ayından start götürən MLS (Əsas Futbol Liqası) çempionatı başa çatıb.

"Nyu-York Siti" 34 turdan sonra 64 xal toplayaraq Şərq Konfrasını birinci pillədə başa vurub. "Atlanta Yunayted" ikinci (58 xal), "Filadelfiya" isə üçüncü (55 xal) olub.

Qərb Konfransında isə "Los-Anceles" 72 xalla bütün rəqiblərini geridə qoyub. "Sietl Saunders" ikinci (56 xal), "Real Solt-Leyk" isə üçüncü yeri (53 xal) tutub.

Konfranslarda ilk yeddi yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanıblar. Müntəzəm mövsümün qalibləri "Nyu-York Siti" və "Los-Anceles" "pley-off" mərhələsinin ilk turunda iştirak etməyəcəklər və birbaşa yarımfinalda oynayacaqlar.

"Los-Anceles Qelaksi"nin ulduz futbolçusu Zlatan İbrahimoviç isə son turda "Hyuston Dinamo"ya 2:4 hesabı ilə uduzduqları matçda baxımlı qola imza atıb.

1/4 final mərhələsinin cütləri

Şərq Konfransı 

"Toronto" - "DC Yunayted" 

"Filadelfiya" - "Nyu-York Red Bulls"

"Atlanta Yunayted" - "Nyu İnqlend" 

Qərb Konfransı:

"Minnesota Yunayted" - "Los-Anceles Qelaksi"

"Real Solt-Leyk" - "Portlend Timbers"

"Sietl Saunders" - "Dallas" 

https://bax.tv/video/76137.html